"Çelsi"nin futbolçusu: "Qarabağ"a qalib gəlmək çox vacibdir"

13:13 - 9 Sentyabr 2017

"Çelsi"nin futbolçusu Sezar Aspilikueta açıqlama verib.

 

Sportal.az xəbər verir ki, İspaniya millisinin müdafiəçisi Çempionlar Liqasındakə şanslarından danışıb:

 

"İlk oyunda qalib gəlmək çox vacibdir. Bu səbəbdən evimizdəki oyunda 3 xal qazanmağa çalışacağıq. Oyundan-oyuna irəliləyəcəyik. Rəqiblərim işimizi çətinləşdirəcək potensiala sahibdirlər. Buna görə də bütün gücümüzlə oynamalıyıq. Ancaq qələbə haqda düşünürük. Ötən mövsüm ÇL-də yox idik. Yenidən qayıtdığımız üçün sevinirik. Yaxşı mübarizə aparmaq üçün çalışacağıq".

 

Qeyd edək ki, "Çelsi" C qrupunda "Atletiko", "Roma" və "Qarabağ"la birgə mübarizə aparacaq. "Çelsi" ilk oyununu sentyabrın 12-də təmsilçimiz "Qarabağ"a qarşı keçirəcək.

Xəbər xətti