İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted” baş məşqçi Joze Maurinyo ilə müqavilənin müddətini uzatmaq qərarına gəlib.
Sportal.az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, Premyer Liqada ilk 3 oyunun hamısında qələbə qazanan “qırmızı şeytanlar” noyabr ayında təcrübəli mütəxəssislə danışıqlara başlayacaq.
Bildirilir ki, “Mançester Yunayted” rəhbərliyi portuqaliyalı çalışdırıcı ilə uzun müddətli gələcək nəzərdə tutub.
Xatırladaq ki, keçən mövsüm “Mançester Yunayted” Morinyonun başçılığı altında Premyer Liqanı 6-cı sırada tamamlamış və UEFA Avropa Liqasında çempion olmuşdu.