Yurqen Klopp: "Maneyə qırmızı vərəqənin göstərilməsi səhv qərar idi"

19:20 - 9 Sentyabr 2017

İngiltərə Premyer Liqasının 4-cü turu çərçivəsində səfərdə “Mançester Siti”yə 5-0 hesabı ilə məğlub olan “Liverpul”un baş məşqçsi Yurqen Klopp oyunsonrası mətbuat konfransında açıqlamalar verib.


Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis Sadio Maneyə qırmızı vərəqənin göstərilməsinin düzgün qərar olmadığını bildirib:
“Sadio Maneyə qırmızı vərəqənin göstərilməsinin səhv qərar olduğunu düşünürəm. Sadio həmin epizodda heç Edersonu görməmişdi. Edersonu matçdan sonra gördüm. Vəziyyəti pis deyildi. İlk anda hər kəs onun vəziyyətinin pis olduğunu düşündü. 

 

Bizim üçün çox şanssız bir epizod idi. Qapıçı çıxır, Sadio topu istəyir. Daha sonra qırmızı vərəqə göstərilir.  Həqiqətən də, çox şanssız bir qərar idi. 

 

Hər kəs bu epizodun penalti olduğunu demək üçün səbəblər tapa bilər. Lakin Sadio Manenin Edersona toxunduğunu görmədim”.

 

Qeyd edək ki,  “Mançester Siti” – “Liverpul” qarşılaşmasında “qırmızılar”ın futbolçusu Sadio Mane “şəhərlilər”in qapıçısı Edersona qarşı kobud oynadıqdan sonra qırmızı vərəqə göstərilərək meydandan qovulub.

 

Xəbər xətti