“Arsenal”da Özil təhlükəsi

22:34 - 13 Sentyabr 2017

İngiltərə Premyer Liqasında mübarizə aparan “Arsenal” yeni müqavilə üçün Məsut Özil ilə danışıqlar aparmır.


Sportal.az “Bild”ə istinadən xəbər verir ki, sonuncu dəfə tərəflər arasında illik 9 milyon avroluq maaş üzərindən danışıqlar aparılıb və daha sonra bu danışıqlar dayandırılıb.


Qeyd edək ki, türk əsilli alman oyunçunun London təmsilçisi ilə müqaviləsi mövsümün sonunda bitir.


Əgər yeni saziş imzalanmasa, o zaman yarımmüdafiəçi mövsümün sonunda azad agent olacaq və istədiyi kluba keçə biləcək.

 

Xəbər xətti