İngiltərə Premyer Liqasında mübarizə aparan “Çelsi”nin yaşı 18-dən az olan futbolçuların transferində qanuna zidd hərəkət etdiyi iddia edilir.
Sportal.az xəbər verir ki, artıq bu barədə FİFA tərəfindən kluba qarşı istintaq başladılıb.
London təmsilçisi xəbəri təsdiqləyib və hər hansı bir qanuna zidd hərəkət edilmədiyini vurğulayıb.
FİFA-nın bir rəsmisi isə verdiyi açıqlamada istintaqın davam etdiyini bildirib.
Qeyd edək ki, bu, oyunçu transferindəki qanunauyğunsuzluqlara görə, “Çelsi”yə qarşı başladılan 3-cü istintaqdı.
saytlarin hazirlanmasi