Ötən mövsüm dizinin çarpaz bağları qopan İlkay Günoğan 9 ay sonra yaşıl meydanlara qayıdıb.
Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin dönüşü uğursuz alınıb. Belə ki, İngiltərə kubokunun 3-cü mərhələsində "Vest Bromviç"lə matça (2:1) start heyətində başlayan futbolçu yenidən zədələnib.
Meydan sahiblərinin futbolçusu Klaudio Yakobun sərt müdaxiləsindən sonra yerdə qalan Almaniya millisinin üzvü oyunu davam etdirə bilməyib. Türk əsilli yarımmüdafiəçinin durumu haqqında dəqiq məlumat tibbi müayinədən sonra veriləcək.
saytlarin hazirlanmasi