“Çelsi”nin futbolçusu qəza keçirib

21:57 - 21 Sentyabr 2017

İngiltərə Premyer Liqasında mübarizə aparan “Çelsi”nin futbolçusu Temue Bakayoko məşqdən çıxandan sonra avtomobil qəzası keçirib.


Sportal.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, qəza zamanı oyunçu ciddi xəsarət almayıb.


Bildirilir ki, fransız yarımmüdafiəçi həftə sonu “Stok Siti”yə qarşı oynanılacaq matçda öz yerini tutacaq.


40 milyon avroya “Monako”dan transfer olan 23 yaşlı Bakayoko bu mövsüm “Çelsi” forması ilə 6 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Xəbər xətti