Fransa 1-ci Liqasında mübarizə aparan PSJ-nin Aleksis Sançesə olan marağı davam edir.
Sportal.az xəbər verir ki, Paris təmsilçisi çilili futbolçu üçün 11 milyon avroluq imza pulunu ödəməyə hazırdı.
Yay transfer dönəmində 28 yaşlı hücumçu “Mançester Siti”yə keçməyə yaxın olsa da, Tomas Lemarın “Arsenal”a transferi baş tutmadığından Sançes Londonda qalmışdı. Bildirilir ki, “topçular”la sözləşməsi mövsümün sonunda bitəcək Aleksis Sançesin transfer məsələsində “Mançester Siti”yə nisbətən PSJ daha üstün tərəfdi.
O da qeyd edilir ki, həftəlik 400 min funt-sterlinq maaş tələb edən futbolçuya Fransa klubu bu məbləği ödəmək istəmir.
saytlarin hazirlanmasi