Baş məşqçi Slaven Biliçin “Vest Hem”dəki karyerası yavaş-yavaş başa çatmaq üzrədi.
Sportal.az “Mirror” nəşrinə istinadən xəbər verir ki, klub rəhbəliyi indidən baş məşqçi axtarışlarına başlayıb.
İngiltərə təmsilçisinin Tomas Tuxelə təklif göndərdiyi, lakin təcrübəli mütəxəssisin təklifi qəbul etmədiyi bildirilir.
“Vest hem”in baş məşçi Biliç İngiltərə Premyer Liqasının 6- turunda “Tottenhem”ə qarşı 3:2 hesabı ilə məğlub olduqları oyundan sonra verdiyi açıqlamada: “Bu işimin bir parçasıdı. Komandadan ayrılacağım ilə bağlı xəbərlər yayıldıqdan sonra, söz-söhbətlərin ardı-arası kəsilmir”.
Xatırladaq ki, sonuncu dəfə “Borussiya”nın (Dortmund) çalışdırıcısı olan Tuxel hal-hazırda işsizdir.
saytlarin hazirlanmasi