“Sumqayıt” bu gündən etibarən Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışına start verib.
Sportal.az xəbər verir ki, Nazim Süleymanovun rəhbərlik etdiyi komanda yerli vaxtla saat 18:30-da qonşu ölkədə ilk məşqinə çıxıb. Məşqin əvvəlində daha çox toplu hərəkətlərə üstünlük verən komanda daha sonra fiziki hazırlıq üzərində çalışıb. 1.5 saata yaxın davam edən ilk günün hazırlığı ikitərəfli oyunla yekunlaşdırıb.
saytlarin hazirlanmasi