"Qarabağ"ın potensial rəqibi bəlli olur

10:20 - 17 İyul 2018

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

 

Sportal.az xəbər verir ki, baş tutacaq 10 oyundan sonra 2-ci təsnifat mərhələsinə yüksələn 10 komanda bəlli olacaq.

 

"Qarabağ"ın 2-ci mərhələdəki potensial rəqibi də bəlli olacaq. Səfərdə keçirilən ilk görüşdə "Olimpiya"nı məğlub edən Ağdam təmsilçisi mərhələni adlayacağı təqdirdə, "Valetta" (Malta) - "Kukesi" (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq. Albaniyada keçirilən ilk görüşdə qolsuz heç-heçə qeydə alınmışdı.


17 iyul

Çempionlar Liqası

I təsnifat  mərhələsi, cavab oyunları

 

20:00. “Valletta” (Malta) - “Kukesi” (Albaniya)
İlk oyun - 0:0

 

20:00. HİK (Helsinki, Finlandiya) - “Vikinqur” (Farer Adaları)
İlk oyun – 2:1

 

21:00. “Hapoel” (Beer-Şeva, İsrail) - “Flora” (Tallin, Estoniya)
İlk oyun – 4:1

 

21:00. “Malmö” (İsveç) - “Drita” (Kosovo)
İlk oyun – 3:0

 

21:00. APOEL (Kipr) - “Suduva” (Litva)
İlk oyun - 1:3

 

22:00. TNS (Uels) - “Şkendiya” (Makedoniya)
İlk oyun – 0:5

 

22:15. “Videoton” (Macarıstan) - “Düdelanj” (Lüksemburq)
İlk oyun – 1:1

 

22:30. “Srvena Zvezda” (Serbiya) - “Spartak” (Latviya)
İlk oyun - 0:0

 

23:00. “Legiya” (Varşava, Polşa) - “Kork Siti” (İrlandiya)
İlk oyun – 1:0

 

23:00. “Kruzaders” (Şimali İrlandiya) - “Ludoqorets” (Bolqarıstan)
İlk oyun - 0:7

Xəbər xətti