"Olimpiya"nın prezidenti: "Bakıda geri dönüş üçün inamım var"

11:10 - 18 İyul 2018

"İlk oyunda pis oynamamışdıq. Həmin görüşdə qalib gələ bilərdik".

 

Sportal.az xəbər verir ki, bu sözləri Sloveniyanın "Olimpiya" klubunun prezidenti Milan Mandariç deyib. 72 yaşlı klub başqanı komandanın ÇL-in I təsnifat mərhələsinin "Qarabağ"a qarşı keçirəyi oyundan öncə danışıb. O, komandanın "Qarabağ"ı keçə bilməyəcəyi halda, Avropa Liqasında uğurlu çıxış edəcəyinə inandığını deyib: "Bakıda geri dönüş üçün inamım var. Bunu bacara bilərik. Ancaq mərhələ adlaya bilməsək, dünyanın sonu deyil. Avropa Liqasında irəli getmək şansımız olacaq".

 

Qeyd edək ki, "Qarabağ" - "Olimpiya" oyunu bu gün 21:00-da başlayacaq. İlk görüşdə Ağdam klubu 1:0 hesabı ilə qalib gəlib.

Xəbər xətti