Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vuruldu

01:17 - 19 İyul 2018

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, son oyun günündə 6 qarşılaşma baş tutub.

 

Azərbaycan çempionu “Qarabağ” da Sloveniyanın “Olimpiya” klubu ilə cavab görüşünə çıxıb və mərhələ adlayan tərəf olub. Ağdam təmsilçisi ilə yanaşı, "Şerif", "Spartak" (Trnava), "Rusenborq", "Astana" və "Seltik" klubları da növbəti mərhələyə vəsiqə qazanan kollektivlərə qoşulublar.

 

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunları

17 iyul

 

“Zrinski” (Bosniya və Herseqovina) - “Spartak” (Slovakiya) - 1:1

Qollar: Todoroviç, 56 - Qodal, 15

İlk oyun - 0:1

 

“Şerif” (Moldova) - “Torpedo” (Kutaisi, Gürcüstan) - 3:0

Qollar: Badibanqa, 9, Santos, 40, 55

İlk oyun – 1:2

 

“Qarabağ” (Azərbaycan) - “Olimpiya” (Sloveniya) - 0:0

İlk oyun - 1:0

 

“Rusenborq” (Norveç) - “Valyur” (İslandiya) - 3:1

Qollar: Bendtner, 55 (pen.), 90 (pen.), Trondsen, 72 - Siqurdson, 85 (pen.)

İlk oyun - 0:1

 

“Sutyeska” (Monteneqro) - “Astana” (Qazaxıstan) - 0:2

Qollar: Despotoviç, 38, Mujikov, 85

İlk oyun - 0:1

 

“Seltik” (Şotlandiya)  - “Alaşkert” (Ermənistan) - 3:0

Qollar: Dembele, 8, 19 (pen.), Forrest, 35

İlk oyun – 3:0

Xəbər xətti