19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Məmməd “Qəbələ”nin əvəzedici heyətinə 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
Sportal.az xəbər verir ki, mütəxəssis bunları bildirib:
"Qəbələ” bizim üçün çox güclü rəqib oldu. Bu oyunda futbolçuların xarakter göstərdiklərinin şahidi olduq. Təlim-məşq toplanışının uuzunmüddətli olması taktiki baxımından faydalıdır. Komandanın hər oyun bu istiqamətdə inkişaf etdiyinin şahidi oluruq. Qələbə qazanmaq hər zaman xoşdur. Futbolçularımı təbrik edirəm. Məşqlərdə çox işləyərək, oyunumuzu daha da yaxşılaşdırmağa çalışacağıq”.
saytlarin hazirlanmasi