Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən “Sumqayıt”qonşu ölkədə ilk yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Nazim Süleymanovun komandası Qətər təmsilçisi “Əl-Şəhaniyə” ilə qarşılaşıb.
“Sumqayıt” 11-ci dəqiqədə Nicat Qurbanovun qolu ilə hesabda önə keçsə də, rəqib 38-ci dəqiqədə hesabı bərabərləşdirməyə müvəffəq olub. Qarşılaşmada başqa qol qeydə alınmayıb və görüş 1:1 hesabı ilə yekunlaşıb.
saytlarin hazirlanmasi