“Kukesi”nin baş məşqçisi: “Qarabağ”la oyunlarda möcüzə edə bilərik”

10:45 - 23 İyul 2018

“Hələ ki, ilk qarşılaşmaya hansı heyətlə çıxacağımızı müəyyənləşdirməmişəm. Çox diqqətli olmalıyıq. Çünki böyük potensiala malik komanda ilə qarşılaşacağıq. “Qarabağ” hər il avrokuboklarda çıxış edir, hətta ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparıb. Buna görə də, ilk oyunda qol buraxmamaq çox önəmlidir. Əlimizə düşən imkanlardan maksimum istifadə etməliyik”.

 

Sportal.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Kukesi” klubunun baş məşqçisi Armando Kunqu deyib. 

 

Çalışdırıcı komandasının hazırkı durumundan razı olduğunu bildirib: “Hər zaman əlimdən gələni etmişəm. Bunun vacib bir qarşılaşmağa olduğunu bilmək və hazır oyunçularla çıxış etmək vacibdir.  Futbolçular meydandan düzgün oynamadığı zaman baş məşqçi işləyə bilmir.  Komandamızın hazırkı durumundan razıyam, futbolçular məşqlərdə fəal iştirak edirlər. Ancaq bu da kifayət etmir.  Oyunçulardan vəziyyəti dəyişmələrini gözləyirəm. Futbolda hər cür nəticə qeydə alına bilər”.

 

“Kukesi”nin baş məşqçisi vəzifəsinə yeni təyin olunan mütəxəssis, hədəfləri açıqlayıb. O, “Qarabağ” səddini keçmək üçün əllərindən gələni edəcəklərini bildirib: “Hədəflər heç vaxt bitmir.  İlk məqsəd “Valletta”nı keçmək və təxminən 1 milyon avroluq büdcəyə sahib olmaq idi. Belə olan halda, kluba yatırım edən prezidentə kömək etmiş olarıq. Mərhələ keçdikdə komandada istək, hədəf böyüyür. Dünya çempionatında böyük komandaların necə tez mübarizəni dayandırdıqlarını və heç kimin qəbul etmədiyi yığmaların irəlilədiklərini gördük. Futbol qəribə idman növüdür, qalib gəlmək üçün gücünü ortaya qoymalısan. “Qarabağ”la oyunlarda möcüzə edə blərik”.  

Xəbər xətti