Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” ötən gün növbəti yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Nazim Süleymanovun komandası Super Liqa təmsilçisi “Alanyaspor”la qarşılşıb. Topuk Yaylası idman kompleksində keçirilən görüş “Sumqayıt”ın 0:7 hesablı məğlubiyyəti ilə başa çatıb. Türkiyə klubunun heyətində qolları Lukas Vilyafanes (7), Bobo (42), Efecan Karaca (49), Calma Kampos(55), Əmrə Güral (74), Həsən Ayaroğlu (77) və Əmrə Akbaba (90) vurublar.
saytlarin hazirlanmasi