ÇL-də III təsnifat mərhələsinin püşkü atıldı: "Fənərbaxça" üçün "Benfika"

14:44 - 23 İyul 2018

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkatması olub.

 

Sportal.az xəbər verir ki, “Qarabağ” - “Kukesi” cütünün qalibi III mərhələdə BATE (Belarus) – Helsinki (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Türkiyəni turnirdə təmsil edən "Fənərbaxça" isə Portuqaliya təmsilçisi "Benfika"ya rəqib olub.

 

Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi

Çempionlar yolu

 

"Malmö" (İsveç) - ÇFR (Rumıniya) cütünün qalibi - "Ludoqorets" (Bolqarıstan) - "Videoton" (Macarıstan) cütünün qalibi
"Seltik" (Şotlandiya) - "Rusenborq" (Norveç) cütünün qalibi - AEK (Yunanıstan)
"Zalsburq" (Avstriya) - "Şerif" (Moldova) - "Şkendiya" (Makedoniya) cütünün qalibi
"Srvena Zvezda" (Serbiya) - "Suduva" (Litva) cütünün qalibi - "Legiya" (Polşa) - "Spartak" (Slovakiya) cütünün qalibi
"Qarabağ" (Azərbaycan) - "Kukesi" (Albaniya) cütünün qalibi - BATE (Belarus) - "Helsinki" (Finlandiya) cütünün qalibi
"Astana" (Qazaxıstan) - "Midtyulland" (Danimarka) cütünün qalibi - "Dinamo" (Zaqreb, Xorvatiya) - "Hapoel" (Beer-Şeva, İsrail) cütünün qalibi

 

Liqa yolu

 

"Standard" (Belçika) - "Ayaks" (Hollandiya) - "Şturm" (Avstriya) cütünün qalibi
"Benfika" (Portuqaliya) - "Fənərbaxça" (Türkiyə)
"Slaviya" (Praqa, Çexiya) - "Dinamo" (Kiyev, Ukrayna)
PAOK (Yunanıstan) - "Bazel" (İsveçrə) cütünün qalibi - "Spartak" (Moskva, Rusiya)

Xəbər xətti