Türkiyənin Bolu bölgəsində hazırlığını davam etdirən "Sumqayıt" bu günü bir məşqlə başa vurub.
Sportal.az xəbər verir ki, komanda Nazim Süleymanovun rəhbərliyi altında artıq səhər məşqini keçirib.
Dünən baş tutan "Alanyaspor"la yoxlama oyunu sonrası təxminən 1 saat davam edən məşqdə futbolçular yüngül qaçış ardından toplu çalışmalara üstünlük verib. Həmin qarşılaşmada 90 dəqiqə iştirak edən oyunçular məşqin ikinci hissəsini fitness zalında hazırlıqla keçirib.
saytlarin hazirlanmasi