BATE-ni "Qarabağ"a rəqib edən qələbə VİDEO

12:52 - 2 Avqust 2018

Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" Belarusun BATE klubu ilə görüşəcək.

 

Sportal.az xəbər verir ki, Ağdam klubunun rəqibi II təsnifat mərhələsində evində 0:0 hesablı heç-heçə etdiyi Finlandiyanın HİK klubunu səfərdə 2:1 hesabı ilə məğlub edib.

 

"Qarabağ" BATE-ni avqustun 7-də qəbul edəcək. Cavab oyunu isə avqustun 14-də "Borisov Arena"da baş tutacaq. Hər iki oyun 21:00-da başlayacaq.

 

HİK (Finlandiya) - BATE (Belarus) - 1:2 (ilk oyun 0:0)

Qollar: Yaqubi, 28 // Rafinya, 20 (ö.q), Staseviç, 24

 

Xəbər xətti