Ramin Quliyev: "Müdafiə xəttində problemlərimiz var"

10:58 - 3 Avqust 2018

“Belarus yığması ilə oyun oyunçularımızın beynəlxalq təcrübəsini artırmaq üçün çox yaxşı fürsət idi. Pis mübarizə aparmadıq, yetərincə qol imkanlarımız oldu".

 

Sportal.az xəbər verir ki, bu sözləri U-17 millimizin baş məşqçisi Ramin Quliyev Minskdəki təlim-məşq toplanışında Belarusa 2:3 hesabı ilə uduzduqları oyundan sonra deyib. Mütəxəssis müdafiə xəttində problemlərin olduğunu deyib:

 

"Müdafiə xəttində problemlərimiz var. Müdafiəçilərimiz sadə oyun epizodunda 3 dəfə 11 metrlik cərimə zərbəsi ilə yekunlaşan səhvə yol verdi. İlk növbətə müdafə xəttini gücləndirmək barədə düşünməliyik”.

Xəbər xətti