"Qarabağ"ın Çempionlar Liqasında BATE (Belarus) ilə keçirəcəyi 3-cü təsnifat mərhələsinin ilk oyunu üçün bütün təyinatlar açıqlanıb.
Sportal.az xəbər verir ki, qarşılaşma İsveçdən olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Andreas Ekberq olacaq.
Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunu
7 avqust
21:00 "Qarabağ" - BATE
Baş hakim: Andreas Ekberq
Yan xətt hakimləri: Mehmet Kulum, Stefan Hallberq
Dördüncü hakim: Kristoffer Karlsson (hamısı İsveç)
Hakim-inspektor: Robert Sedlaçek (Avstriya)
UEFA nümayəndəsi: Ozas Abrayev (Qazaxıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
saytlarin hazirlanmasi