Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”ın qonağı olacaq BATE (Belarus) Bakıya yola düşüb.
Sportal.az xəbər verir ki, baş məşqçi Aleksey Baqa “köhlən atlar”la oyun üçün 20 futbolçunu heyətə daxil edib:
Qapıçılar: 30. Aleksey Çernıx, 35. Anton Çiçkan, 48. Denis Şerbitski;
Müdafiəçilər: 4. Aleksandr Filipiviç, 5. Yevgeni Yablonski, 17. Aleksey Rios, 19. Nemanya Milunoviç, 21. Eqor Filipenko, 23. Zaxar Bolkov, 42. Maksim Volodko;
Yarımmüdafiəçilər: 7. Yevgeni Beryozkin, 8. Stanislav Draqun, 10. Mirko İvaniç, 11. Aleksandr Qleb, 22. İqor Staseviç, 25. Dmitri Baqa;
Hücumçular: 13. Nikolay Ciqneviç, 15. Maksim Skavış, 24. Yasse Tuominen, 45. Vladislav Mukamedov.
"Qarabağ" - BATE oyunu avqustun 7-də, saat 21:00-da keçiriləcək.
saytlarin hazirlanmasi