"Sumqayıt" "Qarabağ"dan ayrılan futbolçunu transfer etdi

15:20 - 6 Avqust 2018

2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunu heyətinə cəlb edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, son mövsümü “Qarabağ"da keçirmiş 31 yaşlı sağ cinah müdafiəçisi Arif Daşdəmirov "gənclik şəhəri" təmsilçisi ilə 1 illik müqaviləyə imza atıb. Daşdəmirov "Sumqayıt"da 21 nömrəli formada çıxış edəcək.

 

Qeyd edək ki, Arif Daşdəmirov karyerası ərzində “Qarabağ”dan (15 oyun) başqa, “Şahdağ” (19 oyun, 2 qol), “MKT Araz” (22 oyun, 2 qol), “Masallı” (20 oyun, 1 qol), AZAL (10 oyun), “Standard” (16 oyun), “Qəbələ” (48 oyun, 1 qol) və “İnter”in (139 oyun, 9 qol) uğurları üçün çalışıb. O, həmçinin 13 dəfə Azərbaycan millisinin formasını geyinib.

Xəbər xətti