Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi start götürür

11:44 - 7 Avqust 2018

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start verilir.

 

Sportal.az xəbər verir ki, mərhələnin ilk oyununda Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi “Astana” doğma meydanda Zaqreb “Dinamo”su ilə üz-üzə gələcək.

 

Azərbaycan çempionu “Qarabağ”ın evdə BATE ilə qarşılaşacağı gündə bütövlükdə 7 qarşılaşma baş tutacaq.

 

7 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsinin ilk oyunları

 

18:00 "Astana” (Qazaxıstan) – "Dinamo” (Zaqreb, Xorvatiya)

21:00 "Qarabağ" (Azərbaycan) - BATE (Belarus)

21:15 "Malmö" (İsveç) - "Videoton" (Macarıstan)

21:30 "Slaviya" (Praqa, Çexiya) - "Dinamo" (Kiyev, Ukrayna)

22:00 "Standard" (Belçika) - "Ayaks" (Hollandiya)

22:30 "Srvena Zvezda" (Serbiya) - "Spartak" (Trnava, Slovakiya)

23:00 "Benfika" (Portuqaliya) - "Fənərbaxça" (Türkiyə)

Xəbər xətti