"Bakıya sərfəli nəticə qazanmağa gəlmişik. Fikrimcə cütün şansları bərabərdir".
Sportal.az xəbər verir ki, bu sözləri BATE-nin ulduz futbolçusu Aleksandr Qleb deyib. 37 yaşlı futbolçu ÇL-in III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri səfər görüşündən danışıb. Belaruslufutbolçu "Qarabağ"ı yaxşı komanda adlandırıb: "Qarabağ" yaxşı oynamağı bacaran komandadır. Bizim üçün asan olmayacaq. Lakin hər şey özümüzdən asılıdır. Stadionda azarkeşlərin çox olması isə yaxşı haldır. Biz artıq belə şeylərə öyrəşmiş futbolçularıq".
Qeyd edək ki, "Qarabağ" - BATE oyunu 21:00-da başlayacaq. (azerisport)
saytlarin hazirlanmasi