Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə start verilib.
Sportal.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” Belarusun BATE klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada Belarus klubu 1:0 hesabı ilə qalib gəlib.
Cütün cavab görüşü avqustun 14-də "Borisov Arena"da baş tutacaq.
Qeyd edək ki, "Qarabağ” - BATE cütünün qalibi pley-off-da Hollandiyanın PSV klubu ilə qarşılaşcaq.
Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunu
"Qarabağ" - BATE - 0:1
Qol: Staislav Draqun, 36
saytlarin hazirlanmasi