Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start verilib.
Sportal.az xəbər verir ki, mərhələnin ilk oyununda Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi “Astana” doğma meydanda Zaqreb “Dinamo”su ilə üz-üzə gəlib və 2 cavabsız qolla uduzub.
Azərbaycan çempionu “Qarabağ”ın evdə BATE ilə qarşılaşdığı gündə bütövlükdə 7 qarşılaşma baş tutub. Ağdam klubu kimi, qardaş ölkə Türkiyəni bu turnirdə təmsil edən “Fənərbaxça” da “Benfika” ilə oyunda minimal hesabla məğlub olub.
UEFA Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi
7 avqust
"Astana" - "Dinamo" (Zaqreb) - 0:2
Qollar: Budimir, 39, Olmo, 84.
"Qarabağ" - BATE - 0:1
Qol: Draqun, 36.
"Malmö" - "Videoton" - 1:1
Qollar: Kristiansen, 62 // Neqo, 71.
"Slaviya" (Praqa) - "Dinamo" (Kiyev) - 1:1
Qollar: Husbauer, 90 (p) // Verbiç, 82.
"Standard" - "Ayaks" - 2:2
Qollar: Qonzales, 67, Emond, 90 (p) // Huntelaar, 19, Duşan Tadiç, 34.
"Srvena Zvezda" - "Spartak" (Trnava) - 1:1
Qollar: Nabouhane, 23 (pen.) // Qrendal, 25.
"Benfika" - "Fənərbaxça" - 1:0
Qol: Servi, 69.
saytlarin hazirlanmasi