Azərbaycanın UEFA-nın reytinqdə mövqeyi dəyişmədi

10:32 - 8 Avqust 2018

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycanın mövqeyi dəyişməz qalb. Avrokuboklarda yeganə təmsilçimiz "Qarabağ"ın  BATE-yə 0:1 hesabı ilə uduzmasından sonra xal ehtiyatımız artmayıb. Buna baxmayaraq, Azərbaycan 18,125 xalla 23-cü sırada qərarlaşıb.

 

Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan İsveçin 18.650 xalı var.

Xəbər xətti