Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Belarusun BATE klubu "Qarabağ"ı qəbul edəcək.
Sportal.az xəbər verir ki, Borisov təmsilçisi sözügedən oyunun hazırlıqlarına start verib. Aleksey Baqanın rəhbərliyi altında hazırlaşan BATE-də itki yoxdur.
Qeyd edək ki, BATE - "Qarabağ" oyunu avqustun 14-də, "Borisov Arena"da, Bakı vaxtı ilə 21:00-da üz-üzə gələcəklər. Cütün ilk oyununda BATE 1:0 hesablı qələbə qazanıb.
saytlarin hazirlanmasi