İnfantino "Qarabağ"ı təbrik etdi FOTO

14:50 - 14 May 2019

FIFA-nın prezidenti Canni İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayevə məktub ünvanlayıb.

 

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, ali futbol qurumunun rəhbəri məktubla beynəlxalq futbol ictimaiyyəti adından "Qarabağ" klubunu Azərbaycan Premyer Liqasının 2018/2019-cu il mövsümünün qalibi olması, ardıcıl 6-cı dəfə bu titula yiyələnməsi münasibətilə təbrik edib.

 

Xəbər xətti