"Barselona"nın prezidenti: "Ernesto Valverdeyə tamamilə güvənirik"

"Barselona"nın prezidenti Xosep Mariya Bartomeu İspaniya Kral kubokunun "Valensiya" ilə keçirəcəkləri finaldan öncə açıqlama verib.

 

Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, klub rəhbəri Çempionlar Liqasının yarımfinalında "Liverpul"a uduzduqları oyundan sonra səslənən tənqidlərə münasibət bildirib:

 

"La Liqada ciddi fərqlə çempion olduq. Həftələr öncə çempionluğu elan etdik. İnsanlar bunun önəmini azaltmağa başlayıb. Azarkeşlərin çoxu razı deyil, çünki zəfərlərə alışıblar. Çempionlar Liqasını qazanacağımıza inanırdıq, ancaq alınmadı. Komanda ilə qürur duyduğumu bildirmək istəyirəm. Hər kəs bu komanda ilə fəxr etməlidir. La Liqanı qazandıq, kubokun finalındayıq. Uğurlu mövsüm keçirdiyimizi düşünürəm".

 

Bortomeu komandanın baş məşqçisi Ernesto Valverdenin gələcəyi barədə bunları deyib: 

 

"Ernesto Valverdeyə tamamilə güvənirik. Mövsüm başa çatdıqdan sonra yeni planlar qurulacaq".

Tarix: 24 May [11:42]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 İyun 2019
15  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio