Sezar Meza Kolli "Keşlə"yə qayıtdı

12:02 - 1 İyul 2019

Ötən yay "Keşlə"dən "Krayova" klubuna keçən Sezar Meza Kolli Rumıniyada gözləntilərin altında qaldı.

 

Sportal.az saytının əldə etdiyi məlumata görə, əvəzedici komandaya göndərilən paraqvaylı futbolçu Rumıniya klubundakı vəziyyətindən narazıdır. Meza Kolli Azərbaycana qayıtmağa qərar verib. 27 yaşlı hücumameyilli futbolçu yenidən "Keşlə"də çıxış edəcək.

 

Meza Kollinin transferi yaxın günlərdə rəsmən açıqlanacaq.

 

Sezar Meza Kolli 2013-2016-cı illərdə "İnter" ("Keşlə"), 2016-2017-ci illərdə isə "Zirə"də çıxış edib. 2018-ci ilin yanvarında "Keşlə"yə transfer olan futbolçu Azərbaycan kubokunun qalibi olub və yayda klubu tərk edib.

Xəbər xətti