Xabi Alonso "Real"ın baş məşqçisi vəzifəsindən ayrılıb.
Sportal.az xəbər verir ki, Madrid klubu ispan mütəxəssislə yolların qarşılıqlı razılaşma əsasında ayrılması barədə qərar verildiyini açıqlayıb.
Dünən "Real" İspaniya Superkubokunun finalında "Barselona"ya 2:3 hesabı ilə məğlub olub. La Liqada isə madridlilər 19 turdan sonra 45 xalla 2-ci yerdə qərarlaşıb və lider "Barselona"dan 4 xal geri qalırlar. Alonso 25 may 2025-ci ildə "Real"ın baş məşqçisi olub və 30 iyun 2028-ci ilə qədər müqavilə imzalayıb. İspan mütəxəssis klubun sükanı arxasında 34 oyun keçirib, 24 qələbə qazanıb, 6 məğlubiyyət alıb və 4 dəfə heç-heçə edib.
La Liqa təmsilçisi bu posta müvəqqəti olaraq Alvaro Arbeloanı təyin edib.Qeyd edək ki, Arbeloa mövsümün əvvəlindən “Real Madrid”in əvəzedici komandasına rəhbərlik edirdi.
saytlarin hazirlanmasi
