Mbappe "Real"la oyunu buraxacaq

10:48 - 12 Sentyabr 2019

PSJ-nin hücumçusu Kilian Mbappe qarşıdakı iki oyunda komandasına kömək etməyəcək.

 

Sportal.az "Le Parisien"ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu Liqa 1-də "Strasburq", Çempionlar Liqasında "Real"la keçiriləcək oyunu buraxacaq.

 

"Tuluza" ilə matçda zədələnən gənc ulduz yüngül məşqlərə başlasa da, tam hazır deyil.

 

PSJ "Strasburq"la sentyabrın 14-ü, "Real"la isə bundan 4 gün sonra qarşılaşacaq.

Xəbər xətti