Eltun Turabov Azərbaycana qayıtdı

14:25 - 15 Dekabr 2019

Albaniya Super Liqasında 15-ci turun görüşləri keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun çıxış elədiyi "Biliş" səfərdə autsayder "Flamurtari" ilə heç-heçə edib - 2:2.

 

Zədəli olan Eltun qarşılaşmanın iştirakçısı olmayıb. Albaniya çempionatda yaranmış fasiləyə görə 22 yaşlı müdafiəçi Bakıya qayıdıb. O, 10 gün zədəsini müalicə etdirəcək.

 

"Biliş" mövsümü ilk dövrəsini 24 xalla 4-cü pillədə başa vurub. Komanda lider "Kukesi"dən 3 xal geri qalır.

Xəbər xətti