Paşayevin Ukraynada 200-cü oyunu

"Oleksandriya"nın futbolçusu Pavel Paşayev Urayna Premyer Liqasında 200-cü oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü üçün 22-ci turda Kiyev “Dinamo”suna qarşı görüş (1:3) yubileylə əlamətdar olub.

 

32 yaşlı müdafiəçi “Oleksandriya”da 61, “Krivbass”da 34, “Metallurq” və “Stal”da 29, “Dnepr”də 24, “Karpatı”da isə 23 çempionat oyununa çıxıb.

 

Paşayevin komandaları bu 200 oyunun 74-də qələbə qazanıb, 61-də heç-heçə edib, 65-də isə uduzub. 

Tarix: 9 Mart [18:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
4 Aprel 2020
3  Aprel 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio