Maradonanın müqaviləsi uzadıldı

00:38 - 4 İyun 2020

Argentinanın "Ximnasiya" klubu baş məşqçisi Dieqo Armando Maradona ilə yeni müqavilə imzalayıb.

 

Sportal.az xəbər verir ki, dünya futbolunun əfsanəsi daha bir il komandanı çalışdıracaq.

 

"Ximnasiya" Maradonanın rəhbərliyi altında keçirdiyi 18 oyunun 6-da qalib gəlib. Koronavirusa görə Argentina Super Liqasını tərk edən klub olmayacaq.

Xəbər xətti