PFL-dən yoxlama oyunları ilə bağlı qərar

15:49 - 10 Avqust 2020

Avqustun 21-də Azərbaycan Premyer Liqasında yeni mövsüm start götürəcək.

 

Sportal.az xəbər verir ki, mövsümlə bağlı bir sıra işlər görülür, Əsasnamə və Covid-19 pandemiyası ilə əlaqədar olaraq Əsasnaməyə əlavə yazılır, oyunlarda iştirak edəcək şəxslərin sayı müəyyənləşdirilir. Artıq 2020/2021 mövsümüylə bağlı son tamamlanma işləri görülür.

 

Təbii olaraq komandalar yeni mövsümün başlamasına görə yoxlama görüşləri keçirməyi planlaşdırır. Yeni mövsümlə bağlı bəzi məsələlər tam yekunlaşmadığına görə yoxlama oyunlarında iki komandadan başqa digər şəxslərin iştirak etməməyi qərara alınıb. Yoxlama oyunları mətbuat nümayəndələri üçün qapalı olacaq.

Xəbər xətti