Visente Qomes: "Oyunumuzda dinamiklik çatışmırdı"

"Sabah"ın baş məşqçisi Visente Qomesqo Azərbaycan Premyer Liqasının Vı turunda "Neftçi"yə məğlubiyyətdən (0:1) sonra açıqlama verib.

Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis vəziyyətlərindən yararlana bilməmələrini qabardıb:

"Azərbaycanın müstəqillik günü münasibətilə hamını təbrik edirəm. Qarşılaşmanın birinci hissəsi eyni səviyyədə keçdi. Rəqib qol vurmağı bacardı, biz isə hücumları məntiqli sonluqla tamamlaya bilmədik. Oyunumuzda dinamiklik çatışmırdı. İkinci yarıda üstün tərəf biz idik. Lakin əlimizə düşən fürsətləri qola çevirə bilmədik. Bu cür qol vəziyyətlərini dəyərləndirə bilməsək, qələbə qazana bilmərik".

Tarix: 18 Oktyabr [20:25]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2020
22  Oktyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio