"Tottenhem" klubunun futbolçusu Harri Keyn yeni rekorda imza atıb. Təcrübəli futbolçu qol+assist sisteminə görə İngiltərə Premyer Liqasının yeni rekordunu müəyyən edib.
Sportal.az xəbər verir ki, ingilis futbolçu Premyer Liqanın ilk 6 matçında qol+assist sisteminə görə 13 (5+8) xal yığıb. Bu nəticəni Keyndən öncə edən futbolçu olmamışdı.
Xatırladaq ki, "Tottenhem" son matçını "Börnli"yə qarşı keçirib. Matçın yeganə qolunu Son Hin Min vurub. Qolun ötürməsini isə Keyn edib
saytlarin hazirlanmasi