"Kasımpaşa" "Çelsi"nin futbolçusunu icarəyə götürdü

14:55 - 16 Yanvar 2021

Türkiyənin "Kasımpaşa" klubu İngiltərə təmsilçisi "Çelsi"nin yarımmüdafiəçisi Denni Drinkuoteri icarəyə götürüb.

 

Sportal.az xəbər verir ki, İngiltərə millisinin keçmiş üzvü mövsümün sonuna qədər İstanbul təmsilçisində çıxış edəcək. 30 yaşlı oyunçu tibbi müayinədən keçmək üçün Türkiyəyə gəlib.

 

Drinkuoter "Lester Siti" ilə 2017-ci ildə Premyer Liqa çempionu olub. O, həmin il 38 milyon avro qarşılığında "tülkülər"dən "Çelsi"yə keçib.

Xəbər xətti