"Səbail"dən ilk

“Səbail” Azərbaycan kubokunda ilk ev qələbəsini qazanıb.

 

Sportal.az xəbər verir ki, 1/8 finalın “Zaqatala” ilə matçına təsadüf edib. 3:2 hesabı ilə qalib gələn bakılılar bunadək öz meydanında qələbə sevinci yaşamamışdı. Öz meydanındakı üç görüşdə 1 heç-heçə və 2 məğlubiyyəti olan “Səbail” 4-cü cəhddən ilk qələbəsini rəsmiləşdirib.


Ümumilikdə, bu, paytaxt təmsilçisinin kubokda yubiley – 10-cu oyunu olub. 3-cü dəfə qalib gələn bakılıların 1 heç-heçəsi və 6 məğlubiyyəti var. Rəqib qapısından 13 top keçirən komanda 18 top buraxıb.

 

Tarix: 26 Yanvar [11:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
1 Mart 2021
28  Fevral 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio