"Monako" 17 milyona hücumçu aldı

20:45 - 4 Avqust 2021

“Monako” yeni transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi Niderlandın “Alkmaar” klubundan Mayron Boadunu transfer edib. 20 yaşlı niderlandlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Bu keçid "knyazlıq klubu"na 17 milyon avroya başa gəlib.

 

Mayron “Alkmaar”la ötən mövsüm 38 oyunda 15 qol vurub.

Xəbər xətti