"Sabah"da koronavirusa kütləvi yoluxma: 6 nəfərin testi pozitiv çıxıb

"Sabah" klubunda koronavirusa kütləvi yoluxma aşkarlanıb.

 

Sportal.az xəbər verir ki, bu barədə "Report"a paytaxt təmsilçisinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Məşqçilər Vitali Kovalyov, Ruslan Qafitulun, Artur Olenin, Aleksey Malaxov, Vitali Korneyev və futbolçu Mixeil Erqemlidzenin testi müsbət çıxıb. Onlar bu səbəbdən karantinə alınıblar.

 

Korneyev və Qafitullinin testləri ötən həftə, digərləri isə bu həftə müsbət nəticələnib. Erqemlidzedən başqa bütün futbolçuların testi mənfi çıxıb.

 

Qeyd edək ki, "Sabah" noyabrın 27-də Azərbaycan Premyer Liqasının XII turunda "Keşlə" ilə üz-üzə gələcək.

Tarix: 24 Noyabr [16:36]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
1 Dekabr 2021
30  Noyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio