Millini 61 yaşlı mütəxəssis çalışdıra bilər

Polşa milli komandasının baş məşqçi postuna namizədlər arasına daha bir mütəxəssis əlavə edilib.

Sportal.az xəbər verir ki, isveçrəli mütəxəssis Marsel Koller də Polşa millisini çalışdıra bilər. 61 yaşlı mütəxəssis son dəfə 2020-ci ildə “Bazel”i çalışdırıb. 

2011-2017-ci illərdə Avstriya millisini çalışdırmış Kollerin Polşa Futbol Federasiyasının təklifini qəbul etdiyi bildirilir.

​Andrey Şevçenko variantından vaz keçən polşalılar Adam Navalka ilə də danışıqlar aparır. O, 2013-2018-ci illərdə millini çalışdırıb.

 

Tarix: 14 Yanvar [21:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17  Yanvar 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio