Benzema Raula çatdı

"Real"ın hücumçusu Kərim Benzema adını klubun tarixinə yazdırıb.

 

Sportal.az xəbər verir ki, fransalı forvard La Liqanın 36-cı turunun "Levante" ilə matçında (6:0) fərqlənməklə "kral klubu"nun heyətində vurduğu qolların sayını 323-ə yüksəldib. 34 yaşlı qolçu bununla Raul Qonsalesə çatıb. 

 

Hər iki futbolçu 323 qolla "Real" tarixinin bombardirləri siyahısında 2-ci yerdədir. İspaniya nəhənginin heyətində ən çox fərqlənən isə 450 qolla Kriştiano Ronaldodur.

Tarix: 13 May [12:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio