"Mançester Yunayted"in bombardirlər siyahısında dəyişiklik

21:19 - 17 Mart 2023

"Mançester Yunayted"in hücumçusu Markus Reşford Avropa Liqasının 1/8 final mərhələsinin "Betis"lə cavab oyununda (1:0) fərqlənərək komandasına qələbə qazandırıb.

Sportal.az xəbər verir ki, bununla da, ingilis hücumçu avrokuboklarda 25-ci qolunu vurmuş olub.

Beləliklə, futbolçu bu göstəricidə Kriştianu Ronaldonu keçib və “Mançester Yunayted”in avrokuboklardakı altıncı bombardiri sırasına yüksəlib.

Siyahıya 39 qolla Ueyn Runi başçılıq edir.

Xəbər xətti