"AFFA-da heç kim bu məğlubiyyətlərə görə məsuliyyəti üzərinə götürmür" - VİDEO

12:47 - 29 Mart 2023

"İctimai TV"də yayımlanan "Sabaha saxlamayaq" verilişində Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya və İsveçə məğlubiyyətləri, bununla yanaşı futbolumuzun hazırkı durumu müzakirə edilib.

Sportal.az xəbər verir ki, verilişin qonaqları saytımızın təsisçisi Emin Abbasov, millət vəkili Vüqar İsgəndərov, İTV-nin idman departamentinin rəhbəri Kənan Həkimov, futbol agenti Səbuhi Səfiyarlı, "Şamaxı" futbol akademiyasının Bakı üzrə rəhbəri Ramiz Məmmədov, idman jurnalisti Anar Xanlarov və "İdman Könüllüləri və Azarkeşləri"nin sədri Atanur Cəfərli olub.

Xəbər xətti