İngiltərənin "Luton Taun" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqasının debütantı "Nitsa"dan ayrılan ayrılan Ross Barklini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərə millisinin sabiq üzvü ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, Ross Barkli ötən ilin yayında "Çelsi"dən ayrıldıqdan sonra azad agent statusu ilə "Nitsa"ya keçmişdi. 29 yaşlı yarımmüdafiəçi Fransa təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.